“OpenAI” alimlərin ideyasını mənimsəyib?

“OpenAI” alimlərin ideyasını mənimsəyib?
Kateqoriya məlum deyil
T

Riyaziyyat dünyasının ən böyük tapmacalarından biri sayılan və təxminən 90 ildir həllini tapmayan Navier-Stoks problemi ətrafında ciddi mübahisə yaranıb. "OpenAI" şirkəti 10 min süni intellekt agentinin 88 saatlıq gərgin fəaliyyəti nəticəsində 1 milyon dollar mükafatlı bu problemi həll etdiyini açıqlayıb. Lakin bu elan akademik mühitdə "uğur kimindir?" sualını gündəmə gətirib.

Sfera.az xəbər verir ki, hadisələrin kökündə "OpenAI"ın elanından təxminən bir il əvvəl Nyu-York universitetinin alimi Tristan Bukmaster və Harvard məzunu Levent Alpögənin süni intellekt dəstəyilə Navier-Stoks probleminin analoqu sayılan Eyler tənliklərini həll etməsi dayanır. Oxşar metodu izləyən "OpenAI"ın eyni yolla problemi həll etməsi Bukmasterin narazılığına səbəb olub.

Bukmaster şirkətə müraciət edərək onların tədqiqatlarından yararlanıb-yararlanmadıqlarını soruşub. Narahatlığa əsas səbəb isə bu istiqamətdə dünyada çox az sayda riyaziyyatçının çalışması olub.

Bukmasterin sözlərinə görə, "OpenAI" ona "tək müəlliflik" təklif etsə də rəqib "Anthropic" şirkətində çalışan Alpögənin adını siyahıya daxil etməkdən imtina edib. Bu təklifi rədd edən Bukmaster məsələni ictimailəşdirib.

Şirkət dominatesiyasını qorumağa çalışsa da ictimai təzyiqdən sonra hər iki alimi "üstün riyazi fəaliyyətlərinə görə" təbrik edib, lakin heç bir istifadəçi məlumatından istifadə etmədiklərini iddia edib.

"OpenAI" həmçinin 1 milyon dollarlıq "Minilliyin Mükafatı"na iddia etməyəcəyini bəyan edib.

Məsələni şərh edən Boğaziçi universitetinin lompüter mühəndisliyi kafedrasının professoru Cem Say bildirib ki, problemin tam həll olunduğunu demək üçün işin sahə mütəxəssisləri tərəfindən hərtərəfli incələnməsi şərtdir. Professorun sözlərinə görə, süni intellektin təkcə hesablama aparmayıb, ideya formalaşdırması və isbat istehsal etməsi riyaziyyatçıların iş rejimini kökündən dəyişəcək.

Prof. Dr. Cem Say süni intellektin tədqiqatlara cəlb olunmasının əvvəllər rast gəlinməyən müəlliflik və prioritet problemləri yaratdığını vurğulayıb. Bir riyaziyyatçının hələ dərc olunmamış ideyasını süni intellekt sisteminə daxil etməsi və bu məlumatın başqa bir modelin inkişafına təkan verməsi mülkiyyət suallarını doğurur. Eyni zamanda, əsrlər boyu bir teoremi ilk ortaya qoyan şəxsin qazandığı akademik nüfuz mexanizmi artıq yenidən nəzərdən keçirilməlidir.

Navier-Stoks probleminin həlli təkcə bir riyazi uğur kimi deyil, həm də elmi kəşflərdə süni intellektin rolu və etik sərhədləri baxımından yeni bir dövrün başlanğıcı hesab olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR