"Galaxy" istifadəçilərinin nəzərinə: Sentyabr yenilənməsi yayımlandı

"Galaxy" istifadəçilərinin nəzərinə: Sentyabr yenilənməsi yayımlandı
Kateqoriya məlum deyil
T

Cənubi Koreya texnologiya nəhəngi "Samsung" "Galaxy" smartfon və planşetləri üçün son ayların ən böyük təhlükəsizlik güncəlləmələrindən birinin təfərrüatlarını paylaşıb.

Sfera.az xəbər verir ki, şirkət "Android" və "One UI" sistemlərində təsbit edilən tam 90 təhlükəsizlik boşluğunu qapadacaq genişmiqyaslı Sentyabr 2026 paketini elan edib.

Yeni yenilənmə paketi əsasən əməliyyat sistemi və istifadəçi interfeysindəki kritik qüsurları aradan qaldırmağa yönəlib. Paket "Android Təhlükəsizlik Bülleteni" çərçivəsində 18-i kritik, 40-ı isə yüksək risk dərəcəsinə malik ümumilikdə 58 təhlükəsizlik problemini aradan qaldırır. Bununla yanaşı, "Samsung" tərəfindən istehsal olunan "Exynos" prosessorlu məhsullardakı yarımkeçirici mənşəli təhlükəsizlik boşluğu da bu güncəlləmə ilə həllini tapır.

"Samsung"un öz proqram təminatı tərəfində məsafədən təsadüfi kod icrasına şərait yaradan DNG və JPEG formatlarındakı iki kritik qüsur düzəldilib. Əlavə olaraq ekran proqram təminatı, Wi-Fi bağlantısı və "KnoxVault" komponentlərinə təsir edən yüksək riskli açıqlar tamamilə yamalanıb. "Link to Windows", "SystemUI" və "GalaxyDiagnostics" kimi sistem elementlərindəki giriş nəzarəti və təhlükəsizlik mühafizəsi də genişmiqyaslı şəkildə təkmilləşdirilib.

Önümüzdəki günlərdə uyğun "Galaxy" modellərinə çatdırılacaq paketi cihazınızın "Tənzimləmələr" menyusundakı "Proqram təminatının yenilənməsi" bölməsindən yoxlayıb yükləyə bilərsiniz.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR