Tramp: "Neft qiymətləri kəskin düşəcək"

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən gərginlik və bunun qlobal enerjı bazarlarına təsiri ilə bağlı növbəti qalmaqallı bəyanatla çıxış edib. Tramp İranla mümkün hərbi qarşıdurmanın qələbə ilə başa çatacağı təqdirdə yanacaq qiymətlərinin kəskin şəkildə ucuzlaşacağını iddia edib.
Sfera.az xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünə məxsus "Truth Social" sosial media platformasındakı rəsmi hesabında paylaşım edib.
İranla yaşanan geosiyasi böhranın neft bazarında qiymət artımına səbəb olduğunu etiraf edən Tramp müharibədən sonrakı dövr üçün optimist proqnozlar verib:
"İran savaşını qazananda neft qiymətləri də digər qiymətlər kimi, hətta daha kəskin şəkildə düşəcək. Hərbi əməliyyatların yekunlaşması bazarlarda sabitlik yaradacaq".
Tramp çıxışında konkret rəqəmlər də səsləndirib. O, ABŞ-də benzin qiymətlərinin rekord həddə enəcəyini və prosesin çox çəkməyəcəyini bildirib:
"Qiymətlər ilk etapda qalon başına 3 dollara, tədricən isə 2 dolların altına enəcək. Bunların hepsi olduqca hızlı bir şəkildə gerçekleşəcək. Ən əsası isə bu prosesin sonunda İran asla nükleer silaha sahip olamayacaq".
Siyasi şərhçilər Trampın bu açıqlamasını həm daxili seçici auditoriyasına yönəlmiş iqtisadi vəd, həm də Rəsmi Tehran üzərində psixoloji təzyiq cəhdi kimi qiymətləndirirlər.
Mənsumə






