Putin ordusuna əmr verdi

Putin ordusuna əmr verdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələrinin Kiyevdəki təmasları ilə əlaqədar Rusiya ordusuna gecə yarısından etibarən 3 gün ərzində Kiyevə hücum etməmək barədə təlimat verib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Sfera.az xəbər verir ki, Peskov Rusiya xəbər agentliyi “TASS”-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi üzrə xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva səfərini qiymətləndirib.

ABŞ nümayəndələrinin Putin tərəfindən qəbul ediləcəyini bildirən Peskov Ukraynanın müvəqqəti atəşkəslə bağlı Rusiya tərəfini məlumatlandırdığını qeyd edib.

Rusiya ordusuna verilən təlimatla bağlı Peskov bildirib: "Putin gecə yarısından etibarən 3 gün ərzində Kiyevə hücum olunmaması təlimatını verib. Bu, amerikalıların Kiyevdə keçirəcəyi təmasların hazırlanması və həyata keçirilməsi ilə bağlıdır".

Qeyd edək ki, Vitkoff və Kuşnerin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gəldiyi bildirilmişdi. ABŞ nümayəndələrinin Moskvadakı görüşlərdən sonra Kiyevə keçəcəyi planlaşdırılır.

Ukrayna mətbuatında yer alan xəbərlərdə isə Ukrayna ordusuna gecə yarısından başlayaraq 6-8 sentyabr tarixlərində hücumları dayandırmaq təlimatının verildiyi iddia olunub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR