Sibel Can evlənir

Məşhur müğənni Sibel Can evlənir Türk musiqisinin zirvə adlarından olan Sibel Can şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamla gündəmə gəlib. Məşhur müğənninin illərdir eşq yaşadığı iş adamı Emir Sarıgül ilə münasibətlərində yeni addım atacağı bildirilir.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl Fransanın cənubunda gizlicə evləndikləri və Mayamidə nikah masasına əyləşəcəkləri iddia edilən cütlük bu dəfə dəqiq nikah tarixi ilə gündəmdədir.
Şou-biznes gündəminin yaxından izlədiyi cütlüyün sentyabrın 17-də Muğlanın Marmaris rayonunda təşkil olunacaq dəbdəbəli mərasimlə həyatlarını birləşdirəcəyi öyrənilib. Məlumata görə, cütlüyün dəbdəbəli dəvəti üçün hazırlanan təxminən 500 nəfərlik qonaq siyahısında incəsənət, media və iş dünyasının tanınmış simaları yer alıb. Milyonluq toy üçün qonaqların xüsusi təyyarə və transferlərlə qarşılanmasının planlaşdırıldığı, hazırlıqların isə son sürətlə davam etdiyi iddia olunub.
Bəsti Rəfizadə






