56 yaşlı Mustafa Sandalın son görüntüsü təəccübləndirdi

“Araba”, “Aya Benzer”, “Pazara Kadar”, “İsyankar” və “Aşka Yürek Gerek” kimi mahnıları ilə geniş pərəstişkar kütləsi qazanan Mustafa Sandal idman edərkən çəkilən fotosunu sevənləri ilə bölüşüb. Əzələli və formada görünüşü ilə diqqətçəkən məşhur müğənniyə “Yaşlanmayan əfsanə”, “Kim deyər 56 yaşındadır?” kimi şərhlər yazılıb.
Sfera.az xəbər verir ki, Mustafa Sandal karyerası ilə yanaşı, sosial media hesabında etdiyi paylaşımlarla da gündəmdə qalır. “Araba”, “Aya Benzer”, “Pazara Kadar”, “İsyankar” və “Aşka Yürek Gerek” kimi mahnıları ilə 7-dən 70-ə hər kəsin sevimlisinə çevrilən məşhur müğənni 3,2 milyon izləyicisinin olduğu “Instagram” hesabında idman etdiyi anları paylaşıb.
Sıx konsert proqramı öncəsi hazırlıq düşərgəsinə girən 56 yaşlı müğənni sentyabr və oktyabr aylarına diqqət çəkib. O, konsertlər öncəsi başladığı düşərgənin davam etdiyini bildirib.
Mustafa Sandalın paylaşımı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Əzələli və formada görünüşü ilə diqqətçəkən müğənninin fotosu bəyənmə və şərhlərə qərq olub. İzləyicilər onun görünüşünü tərifləyərək “İllərə meydan oxumaq belə bir şey olsa gərək!”, “Uşaqlığımın ulduzu”, “Yaşlanmayan əfsanə” və “Kim deyər 56 yaşındadır?” kimi şərhlər yazıblar.
Mənsumə







