Putindən Ukrayna ilə bağlı açıqlama: “Sülh sazişi üçün şans var”

Putindən Ukrayna ilə bağlı açıqlama: “Sülh sazişi üçün şans var”
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh sazişinə nail olmaq üçün imkanların olduğunu bildirib. O, bunun üçün ilk növbədə Moskva və Kiyev arasında razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıb.

Sfera.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə beşinci ilinə yaxınlaşarkən Vladimir Putin Ukraynadakı müharibə və ABŞ-la münasibətlər barədə açıqlamalar verib. Putin Ukrayna ilə sülh sazişinə dair danışıqlarda imkanların olduğunu deyib.

“Sülh sazişinə nail olmaq üçün şans var”, - deyə Rusiya lideri bildirib.

Onun sözlərinə görə, proses ilk növbədə Moskva və Kiyev arasında irəliləməlidir:

“Rusiya və Ukrayna əvvəlcə öz aralarında razılığa gəlməlidir. Digər ölkələr də bunu dəstəkləməlidir”.

Putin Ukraynadan gələn hava təhdidlərinin danışıqlar prosesinə mənfi təsir göstərdiyini də iddia edib.

“Ukraynadan gələn hava təhdidləri sülh danışıqlarını çətinləşdirir”, - deyə o qeyd edib.

Moskva ilə Kiyev arasında əlaqələrin tamamilə kəsilmədiyini bildirən Putin Ukrayna ilə təmasların davam etdiyini açıqlayıb.

Rusiya Prezidenti bu əlaqələrin iki ölkənin xüsusi xidmət orqanları arasında aparıldığını bildirib.

Putin ABŞ-la əlaqələrə də toxunub. O, Vaşinqtonla təmasların davam etdiyini və Rusiya-ABŞ münasibətlərinin bərpasının tərəfdarı olduğunu deyib.

Rusiya lideri ABŞ Prezidenti Donald Tramp haqqında da müsbət fikirlər səsləndirib:

“Tramp müsbət və konstruktiv şəkildə işləməyə hazırdır”.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR