Bu ölkədə benzinin qiyməti qalxdı

ABŞ-İran müharibəsinin yenidən alovlanması Almaniyada yanacağın qiymətlərinə ciddi təsir göstərib. Ölkədə benzinin qiyməti tarixi maksimuma yüksəlib.
Sfera.az xəbər verir ki, Alman Avtomobilçilər Klubunun (ADAC) açıqladığı məlumatlara görə, “Super E10” markalı benzinin bir litrinin ölkə üzrə orta qiyməti ötən gün 2,215 avro təşkil edib. Bununla da 2022-ci ilin martında qeydə alınan 2,203 avroluq əvvəlki rekord geridə qalıb.
Benzinin qiymətində həftəlik artım da qeydə alınıb. “Super E10” əvvəlki həftə ilə müqayisədə 2,8 sent bahalaşaraq 2,183 avroya çatıb. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və həftə ərzində 1,6 sentlik azalma olub.
ADAC-ın qiymətləndirməsinə görə, Almaniyada yanacağın bahalaşmasını yalnız neft bazarındakı qiymət artımı ilə izah etmək mümkün deyil. Klub hesab edir ki, mövcud yanacaq qiymətləri hələ də həddindən artıq yüksəkdir.
Mənsumə






