Sinan Akçıldan Ferhat Göçerə sərt cavab

Türkiyəli müğənnilər Ferhat Göçer və Sinan Akçıl arasında uzun müddətdir davam edən qalmaqal yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Ferhat Göçerin Sinan Akçıl haqqında sərt açıqlamalarından sonra Akçıl qarşı tərəfə hüquqi yolla cavab verib. O, Göçerin bundan sonra öz mahnılarını canlı ifa etməsinə razılıq vermədiyini açıqlayıb.
Göçer bir radio proqramında Sinan Akçıl ilə münasibətlərinin əvvəlki kimi olmadığını bildirərək həmkarını sərt şəkildə tənqid edib. O, Akçılı “media meymunu” adlandıraraq onun musiqiyə qayıtmalı və şou-biznesdəki davranışlarını dəyişməli olduğunu deyib.
Ferhat Göçerin sözlərindən sonra Sinan Akçıl sosial media hesabında açıqlama yayıb.
Müğənni bildirib ki, vəkili Eda Salman vasitəsilə Ferhat Göçerə noter yolu ilə xəbərdarlıq göndərilib.
Akçıl açıqlamasında qeyd edib ki, sözügedən mahnıların bundan sonra Ferhat Göçer tərəfindən canlı ifa edilməsinə razılıq vermir.
O, xəbərdarlığa baxmayaraq mahnıların canlı səsləndiriləcəyi təqdirdə hüquqi addımlar atılacağını bildirib.
Beləliklə, illərdir davam edən Ferhat Göçer–Sinan Akçıl gərginliyi bu dəfə hüquqi müstəviyə keçib.
Mənsumə






