Serdar Ortaçın keçmiş həyat yoldaşından xoş xəbər

Məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, irlandiyalı model Chloe Loughnan ana olmağa hazırlaşır. Hamiləliyini açıqladıqdan sonra sosial şəbəkədə paylaşım edən model hisslərini izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, Chloe Loughnan bir müddət əvvəl böyüyən qarnını nümayiş etdirdiyi fotosunu paylaşaraq hamilə olduğunu açıqlayıb. Model paylaşımına “İndiyə qədərki ən sevdiyim dövr” qeydini yazaraq körpə gözlədiyini izləyicilərinə müjdələyib.
Chloe Loughnanın Serdar Ortaçla evli olduğu dövrdə müğənninin uşaq sahibi olmaq istədiyi, lakin modelin bu məsələyə isti yanaşmadığı bildirilib. Cütlüyün 2019-cu ildə boşanmasından sonra hər ikisi şəxsi həyatına davam edib.
Hamiləlik xəbərindən sonra çoxsaylı dəstək mesajları alan Chloe izləyicilərinə təşəkkür edib və sevincini bölüşüb.
Model paylaşımında bu sözləri yazıb:
“Gözəl mesajlarınız üçün çox təşəkkür edirəm. Sevginiz, dəstəyiniz və xoş arzularınız mənim üçün çox dəyərlidir. Bu gün sahib olduğum həyatı qurmaq üçün çox çalışdım və bu anı uzun zamandır gözləyirdim. Bu yeni mərhələyə sevgi, sülh və minnətdarlıq hissi ilə daxil olduğum üçün özümü çox şanslı hiss edirəm. Ana olmağa hazırlaşdığım üçün çox həyəcanlıyam.”
Qeyd edək ki, Chloe Loughnan bir müddətdir Dubayda yaşayan memar Fergus Hennessy ilə münasibətdədir. Cütlüyün münasibəti uzun müddətdir davam edir və Hennessy 2023-cü ildə modelə evlilik təklifi edib.
Mənsumə







