8100 mAh batareyalı Honor 600S 5G təqdim edildi

8100 mAh batareyalı Honor 600S 5G təqdim edildi
Kateqoriya məlum deyil
T

“Honor” yeni orta seqment smartfonu “Honor 600S 5G” modelini təqdim edib. Cihaz böyük tutumlu 8100 mAh batareyası, süni intellekt funksiyaları və davamlı korpusu ilə diqqət çəkir.

Sfera.az xəbər verir ki, smartfon 45 Vt sürətli şarj, Snapdragon 4 Gen 4 prosessoru, 8 GB RAM və MagicOS 10 əməliyyat sistemi ilə təchiz olunub. Ön hissədə 120 Hz yenilənmə tezliyinə malik 6,87 düymlük TFT LCD ekran yerləşir.

Telefonun arxa panelində 50 MP əsas kamera yer alır. Cihazın fiziki süni intellekt düyməsi isə obyektlərin silinməsi, axtarış və mətnlərin xülasəsinin hazırlanması kimi funksiyalara sürətli çıxış imkanı verir.

“Honor 600S 5G” korpusu 2,5 metr hündürlükdən düşməyə davamlıdır. Bundan əlavə, smartfon IP68, IP69 və IP69K sertifikatlarına sahibdir.

Üç rəng variantında təqdim edilən modelin başlanğıc qiyməti təxminən 255 dollar təşkil edir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR