Samsung Galaxy S27 Pro belə görünəcək

Samsung Galaxy S27 Pro belə görünəcək
Kateqoriya məlum deyil
T

“Samsung”-un yeni “Galaxy S27 Pro”modeli ilə bağlı CAD əsaslı sızdırılmış görüntülər telefonun dizaynı və texniki xüsusiyyətləri barədə ilkin məlumatları ortaya çıxarıb.

Sfera.az xəbər verir ki, model “Galaxy S27 Ultra”-ya bənzər, lakin daha kompakt dizayna sahib olacağı gözlənilir. Təxminən 6,6 düymlük ekranla təqdim ediləcək cihazın ölçülərinin 154,06 × 73,77 × 7,95 mm olacağı bildirilir.

Smartfonun arxa hissəsində 200 MP əsas kamera, 50 MP ultra geniş bucaqlı və 3 qat optik yaxınlaşdırmalı 12 MP telefoto kamera yerləşdirilə bilər.

“Galaxy S27 Pro”-nun Snapdragon 8 Elite Gen 6 Pro və ya Exynos 2700 prosessoru, 12 və 16 GB RAM, həmçinin 5 200 mAh batareya ilə təchiz ediləcəyi iddia olunur.

Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi olaraq təsdiqlənməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR