Hazal Kaya və Ali Ataydan Hollandiya açıqlaması

Kateqoriya məlum deyil
T
Hazal Kaya və Ali Atayın Hollandiyaya köçəcəyi ilə bağlı xəbərlər gündəmə gəlib. Cütlük yayılan məlumatlara belə aydınlıq gətirib.
Sfera.az xəbər verir ki, Ali Atay bildirib ki, ailənin Hollandiyaya tamamilə yerləşməsi planlaşdırılmır. Onlar işləri ilə bağlı iki ölkə arasında gedib-gələcəklər.
“Tamamilə köçmək kimi bir vəziyyət yoxdur. İşləyəcəyimiz zaman gedib qalacağımız bir yer olacaq. Oranı və buranı balanslaşdıracağıq”, - deyə aktyor bildirib.
Atay Türkiyəni tərk etməyəcəklərini vurğulayıb: “Buradan qopa bilmərik. Burada çox ciddi əlaqələrimiz var”.
Hazal Kaya isə 6 yaşlı oğlu Fikonun məktəbə başlayacağını və valideyn olmağın çətin olduğunu deyib.
Mənsumə
Açar sözlər:






