Bu ölkədə sağ qalmaq şansı daha yüksəkdir

Bu ölkədə sağ qalmaq şansı daha yüksəkdir
Kateqoriya məlum deyil
T

Beynəlxalq alimlər nüvə müharibəsi, qlobal pandemiya, kiberhücumlar və asteroid toqquşması kimi böyük fəlakətlər zamanı insanların sağ qalmaq şansının ən yüksək olduğu ölkəni müəyyənləşdiriblər.

Sfera.az xəbər verir ki, “Global Challenges” jurnalında yayımlanan araşdırmaya görə, Avstraliya qlobal fəlakətlərə qarşı ən dayanıqlı ölkə hesab olunur. Alimlər nüvə müharibəsi, supervulkan püskürməsi, asteroid toqquşması, geomaqnit qasırğaları və yeni pandemiyalar kimi müxtəlif ssenariləri araşdırıblar.

Tədqiqatda Şimal yarımkürəsinin fəlakətlər qarşısında daha həssas olduğu, Cənub yarımkürəsinin isə daha əlverişli mövqedə yerləşdiyi bildirilib. Avstraliyanın geniş kənd təsərrüfatı əraziləri, enerji ehtiyatları və coğrafi təcrid olunması əsas üstünlükləri kimi göstərilib.

Yeni Zelandiya, Argentina və Braziliya da yüksək dayanıqlılığa malik ölkələr sırasında yer alıb. Xüsusilə ənənəvi kənd təsərrüfatını qoruyan və ərzaq istehsalını davam etdirə bilən ölkələrin infrastruktur çöküşü zamanı daha az risklə üzləşəcəyi vurğulanıb.

Pandemiya ssenarisində isə güclü səhiyyə sisteminə və nisbətən təcrid olunmuş coğrafiyaya malik ölkələrin üstünlük qazandığı qeyd edilib.

Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, müasir dünyada heç bir ölkə tamamilə təhlükəsiz deyil. Yanacaq, dərman və gübrə idxalının dayanması hətta Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə də ciddi böhrana səbəb ola bilər. Buna görə qlobal əməkdaşlığın və beynəlxalq ticarətin qorunması həyati əhəmiyyət daşıyır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR