"Sabah"ın rəqiblərinin maliyyə gücü: Yalnız ikisi ilə müqayisə oluna bilər

"Sabah"ın rəqiblərinin maliyyə gücü: Yalnız ikisi ilə müqayisə oluna bilər
Kateqoriya məlum deyil
T

Uğurlu nəticələrdən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksələn "Sabah"ın rəqiblərinin əksəriyyəti olduqca güclüdür. İspaniya, Almaniya, İngiltərə və İtaliyanı təmsil edən həmin klublar gücü sahib olduqları böyük büdcədən alırlar.

Sfera.az xəbər verir ki, "Slavia Prague" (Çexiya) və "Viking" (Norveç) istisna olmaqla digər rəqiblərin hər birinin illik büdcəsi bir neçə yüz milyon avro ilə ölçülür.

"Sabah"ın rəqibləri arasında ən böyük büdcəyə "Barselona" sahibdir. İspan klubunun illik büdcəsi 1 milyard avroya yaxındır.

İngilis nəhəngi "Manchester United"in büdcəsi də az deyil. Klunun illik xərcləri 800 milyon avroya çatır.

Digər bir ingilis nəhəngi olan "Arsenal" isə 650 milyon avro büdcəyə sahibdir.

Bu klubları 500 milyon avroluq büdcə ilə "Borussia Dortmund", 300 milyon avroluq büdcə ilə "Napoli" və 200 milyon dollarlıq büdcə ilə "Villarreal" izləyir.

"Slavia Prague" 55 milyon avro, "Viking" 20 milyon avro büdcəyə malikdir.

"Sabah"ın illik büdcəsi isə təxminən 20-25 milyon avrodur.

Maliyyə imkanlarını nəzərə alsaq, "Sabah" yalnız 2 klubla bərabər mübarizə apara bilər. Digər nəhənglərə isə ən yaxşı halda müqavimət göstərmək imkanı var.

Lakin futbolda yalnız büdcə əsas rol oynamır. Ötən il "Qarabağ"ın liqadakı nəticəsi göstərdi ki, klub az büdcə ilə də yaxşı nəticə göstərə bilər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR