5 yaşlı qız qızıl külçə uddu

5 yaşlı qız qızıl külçə uddu
Kateqoriya məlum deyil
T

Çinin paytaxtı Pekində 5 yaşlı qız oyun zamanı qızıl külçə udub.

Sfera.az bildirir ki, hadisə ilə bağlı “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, qızın udduğu külçənin uzunluğu təxminən 4 santimetr, çəkisi isə 50 qram olub. Əşya 6 saat keçməsinə baxmayaraq təbii yolla orqanizmdən xaric olmadıqda valideynləri uşağı xəstəxanaya aparıblar.

Həkimlər qızıl külçənin uşağın həzm sistemində ilişib qalmasından ehtiyat ediblər. Belə hal daxili orqanların zədələnməsinə və daxili qanaxmaya səbəb ola bilərdi. Buna görə də mütəxəssislər təcili endoskopik müdaxiləyə qərar veriblər.

Əməliyyat zamanı cərrahlar kameraya malik elastik borunu uşağın boğazından daxil edərək külçənin mədədə olduğunu müəyyənləşdiriblər. Bir neçə dəqiqə ərzində yad cismi ehtiyatla çıxarmaq mümkün olub.

Xoşbəxtlikdən, qız xəsarət almayıb və əməliyyatdan sonra qısa müddətdə sağalıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR