Mabel Matiz barəsində qərar – Türkiyədən çıxışına qadağa qoyuldu

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni Mabel Matiz barəsində “əxlaqsızlıq” ittihamı ilə aparılan istintaq çərçivəsində məhkəmə nəzarəti tədbiri seçilib.
Sfera.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu “Mabel Matiz” kimi tanınan müğənni Fatih Karacanın “Ha Leylim” adlı mahnısının videoklipi və sözləri ilə bağlı “əxlaqsızlıq” ittihamı üzrə istintaqa başlayıb.
İstintaq çərçivəsində Mabel Matiz barəsində xaricə çıxış qadağası formasında məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verilib.
Qərara əsasən, müğənni istintaq davam etdiyi müddətdə Türkiyədən kənara çıxa bilməyəcək.
Bəsti Rəfizadə
Sfera.az
Açar sözlər:






