“Çox yaraşıqlıdır”

“Çox yaraşıqlıdır”
Kateqoriya məlum deyil
T

“Beşiktaş”ın “Yuventus”dan transfer etdiyi Duşan Vlahoviç üçün hazırlanan tanıtım filmində rol alan məşhur sənətçi Hülya Avşar çəkilişlərin pərdəarxası görüntülərini sosial media hesabında paylaşıb.

Sfera.az xəbər verir ki, tanıtım filmində Vlahoviçlə yanaşı, Necip Uysal, Arda Saatçi, Berkay Ateş və Hülya Avşar da kamera qarşısına keçib.

Çəkilişdən sonra setdə yaşanan əyləncəli anları izləyiciləri ilə bölüşən Avşar paylaşımına diqqətçəkən qeyd əlavə edib.

Məşhur sənətçi Vlahoviç haqqında “Güldük, əyləndik, gözəl çəkiliş oldu. Bu da pərdəarxası görüntülərimizdir. Yeri gəlmişkən, bir şey deyim, çox yaraşıqlıdır” ifadələrini işlədib.

Hülya Avşarın futbolçu ilə bağlı bu sözləri qısa müddətdə sosial şəbəkələrdə gündəmə gəlib və çoxsaylı şərhlərə səbəb olub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR