Logo

İrandan Avropa ölkələrinə mesaj: “İndi növbə sizindir”

İrandan Avropa ölkələrinə mesaj: “İndi növbə sizindir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Avropa ölkələrini İsrailə dəstək verməkdə ittiham edib.

Sfera.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Avropa ölkələrinin İsrailin “çirkli əməlləri” ilə vaxtilə fəxr etdiyini bildirib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Möhsün Rzai Avropa ölkələrinin İsrailə münasibətini tənqid edərək, İranla müharibənin onlara milyardlarla vəsaitə başa gəlməsindən şikayət etdiklərini vurğulayıb.

“Bir vaxtlar İsrailin çirkli əməlləri ilə fəxr edirdiniz. Bu gün isə İranla müharibənin sizə milyardlarla başa gəlməsindən şikayət edirsiniz. Müharibə cinayətlərini alqışlayarkən bunun hesabının sizə də təqdim olunacağını düşünməmişdiniz?

Müharibənin və terrorun bir bədəli var. İndi ödəmə növbəsi sizindir”, – deyə Rzai bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR