“Sən mənim üçün hər şeysən”

ABŞ Prezidenti Donald Trampın ən yaxın çevrəsində yer alan köməkçisi Natalie Harp haqqında yeni iddialar gündəmə gəlib. ABŞ mətbuatında yayılan məlumatlara görə, Harp Trampa yazdığı şəxsi məktublardan birində “Sən mənim üçün hər şeysən” ifadəsini işlədib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ilə Harp arasında romantik münasibət olduğu barədə daha əvvəl də iddialar səsləndirilib. Demokrat senator Con Ossoff Trampın Qətər əmiri tərəfindən hədiyyə edilən təyyarədə Harp ilə səyahət etdiyini iddia edib. Ağ Ev isə bu iddiaları rədd edərək Harpın Trampın komandasında ən sadiq və çalışqan əməkdaşlardan biri olduğunu bildirib.
“CNN International” müxbiri Kristen Holms Trampdan Harp ilə bağlı iddiaları soruşduqda prezident jurnalistə sərt reaksiya verərək “Sakit ol, siz yalançısınız” deyib.
ABŞ mətbuatının yazdığına görə, Harpın Trampa yazdığı məktublardan birində “Sən mənim üçün hər şeysən” ifadəsi yer alıb. Digər məktubunda isə Tramp ilə münasibətlərinin hər zaman yaxşı qalmasını istədiyi, gərgin iş rejiminə görə yemək yeməyi və hətta yatmağı unutduğu qeyd olunur.
35 yaşlı Harpın Trampın ən yaxın əməkdaşlarından birinə çevrildiyi bildirilir. Onun prezidentin səfərlərində və Oval kabinetdə yanında olduğu, həmçinin sosial media fəaliyyətində və Trampa məlumatların çatdırılmasında mühüm rol oynadığı qeyd edilir.
Bununla belə, Donald Tramp ilə Natalie Harp arasında romantik münasibət olduğuna dair iddialar təsdiqlənməyib.
Mənsumə






