İspaniyada anomal istilər: minlərlə insan öldü

İspaniyada anomal istilər: minlərlə insan öldü
Kateqoriya məlum deyil
T

İspaniyada bu ilin yayında anomal isti hava şəraiti səbəbindən təxminən 4 500 nəfərin həyatını itirdiyi açıqlanıb. İyunun 1-dən avqustun 19-dək ölkədə yüksək temperaturla əlaqəli 4 458 ölüm qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu göstərici 2022-ci ildən bəri eyni dövr üçün ən yüksək ölüm sayı hesab olunur. Ötən ilin müvafiq dövründə istilərlə əlaqəli 3 073, 2024-cü ildə 1 890, 2022-ci ildə isə 4 520 ölüm qeydə alınıb.

Məlumatlar İspaniyada gündəlik ölüm hallarını izləyən və onları əvvəlki illərin göstəriciləri ilə müqayisə edən Ölüm Monitorinq Sistemi (MoMo) əsasında aparılan hesablamalardan əldə edilib. Sistem mümkün ölüm səbəblərini qiymətləndirərkən ölkənin Milli Meteorologiya Agentliyinin (AEMET) hava məlumatları kimi əlavə göstəriciləri də nəzərə alır.

MoMo yüksək temperaturla ölüm halları arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də istiliyin əsas amil ola biləcəyi ölüm hallarının ən etibarlı təxminlərindən birini təqdim edir.

İspaniya digər Avropa ölkələri kimi bu yay bir neçə dəfə şiddətli istilik dalğasının təsirinə məruz qalıb. Ölkədə iyul ayında isə son illərin ən ağır meşə yanğınlarından biri baş verib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR