"29 mindən çox abituriyent kəsilə bilər"

“I ixtisas qrupu RK alt qrupu üzrə 12710 plan yeri uğrunda 12622, Rİ alt qrupunda isə 7440 plan yeri uğrunda 10999 abituriyent mübarizə aparır”.
Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndiyev açıqlama yayıb. Onun sözlərinə görə, ümumilikdə 20 150 plan yerinə qarşı 28 924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib və bu o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 8 774 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək:

“II ixtisas qrupu üzrə 16 030 plan yeri uğrunda 13 944 abituriyent mübarizə aparır. Ümumilikdə 20 783 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə II ixtisas qrupu üzrə faktiki olaraq 4 753 nəfər abituriyent və subbakalavrın müsabiqədən keçə bilməyəcəyi anlamına gəlir. III ixtisas qrupunda DT alt qrupu üzrə 13 373 plan yeri uğrunda 24 653, TC alt qrupunda isə 2 180 plan yeri uğrunda 11 142 abituriyent mübarizə aparır”.
Ekspert bildirib ki, ümumilikdə 15553 plan yerinə qarşı 23 79 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib:
“Bu isə III ixtisas qrupu üzrə faktiki olaraq 8 026 nəfər abituriyent və subbakalavrın müsabiqədən keçə bilməyəcəyi deməkdir. IV ixtisas qrupu üzrə 5 048 plan yeri uğrunda 5 419 abituriyent mübarizə aparır. 6 746 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Beləliklə, IV ixtisas qrupu üzrə faktiki olaraq 1 698 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək. V ixtisas qrupu üzrə isə 4 735 plan yeri uğrunda 10 840-dan çox abituriyent mübarizə aparır. 10 840 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə V ixtisas qrupu üzrə faktiki olaraq 6 105 nəfər abituriyent və subbakalavrın müsabiqədən keçə bilməyəcəyi anlamına gəlir”.
E.Əfəndiyev 1-ci tur müsabiqədə təxminən 29 356 nəfərdən çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcəyini də bildirib:
“I tur müsabiqədən keçə bilməyənlər II turda boş qalan yerlər olarsa, müsabiqədə iştirak edə biləcəklər. Onlar, eyni zamanda, 11 illik baza üzrə orta ixtisas təhsil müəssisələrinin – kolleclərin də müsabiqəsində iştirak edə biləcəklər”.
Mütəxəssis nəticələrin qarşıdakı 4-5 gün ərzində elan olunacağını qeyd edib.
Bəsti Rəfizadə






