ABŞ-nin büdcə kəsiri rekord həddə çatdı

ABŞ-nin büdcə kəsiri rekord həddə çatdı
Kateqoriya məlum deyil
T

2026-cı ilin iyul ayının yekunlarına əsasən, ABŞ dövlət büdcəsinin kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarıbayarı artaraq 432,308 milyard dollara çatıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sfera.az xəbər verir ki, nazirliyin məlumatına görə, ötən ay büdcə kəsiri əvvəlki 291,143 milyard dollarlıq göstəricidən 48,5 faiz artıb. Bununla da iyul ayı üçün tarixi rekord qeydə alınıb və göstərici 2021-ci ilin yazından bəri ən yüksək səviyyəyə yüksəlib.

ABŞ büdcəsinin gəlirlər hissəsi 1,3 faiz azalaraq 334,01 milyard dollar təşkil edib. Xərclər isə 21,7 faiz artaraq 766,318 milyard dollara çatıb.

Nazirlikdə bildirilib ki, büdcə gəlirləri ilə xərcləri arasındakı ciddi fərqə, digər amillərlə yanaşı, ödəniş qrafiklərindəki təqvim dəyişiklikləri də təsir edib.

Ən böyük xərc maddələri arasında dövlət borcuna xidmət göstərilməsi üçün 104 milyard dollar, “Medicare” proqramının maliyyələşdirilməsi üçün 174 milyard dollar və sosial təminat sistemi üçün 141 milyard dollar yer alıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı maliyyə ilinin ilk 10 ayında ABŞ-ın ümumi büdcə kəsiri 10,5 faiz artaraq 1,799 trilyon dollara çatıb. Bu göstərici artıq əvvəlki maliyyə ilinin yekun nəticəsini – 1,775 trilyon dolları – ötüb.

Maliyyə ilinin əvvəlindən etibarən dövlət büdcəsinə daxilolmalar 3,2 faiz artaraq 4,485 trilyon dollara yüksəlib. Lakin xərclərin artım tempi daha yüksək olub. Xərclər 5,2 faiz artaraq 6,284 trilyon dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin 2027-ci ildə hərbi büdcəsinin 50 faiz artaraq

6,284 trilyon dollar təşkil edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR