Çay paketlərində gizlənən təhlükə

Çay paketlərində gizlənən təhlükə
Kateqoriya məlum deyil
T

Çay paketlərinin isti su ilə təmasda mikro və nanoplastik hissəciklər buraxa biləcəyi müəyyənləşib. Türkiyəli mütəxəsis Dr. Osman Müftüoğlu bəzi paketlərdə bu hissəciklərin daha yüksək miqdarda olduğunu bildirərək, xüsusilə polipropilen əsaslı paketlərə diqqət çəkib.

Sfera.az xəbər verir ki, Müftüoğlunun sözlərinə görə, araşdırmada üç fərqli çay paketi sınaqdan keçirilib.

Ən yüksək hissəcik emissiyası polipropilen paketlərdə qeydə alınıb. Sellüloza əsaslı paketlərdə göstəricilər daha aşağı, neylon paketlərdə isə fərqli səviyyələrdə olub.

Tədqiqat zamanı mikro və nanoplastik hissəciklərin laboratoriya şəraitində insan bağırsaq hüceyrələri tərəfindən mənimsənilə bildiyi də müəyyənləşdirilib. Müəlliflər bu hissəciklərin sağlamlığa mümkün təsirlərinin əlavə araşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.

Dr. Osman Müftüoğlu istehlakçılara çay paketinin hazırlanmasında istifadə olunan materiala diqqət yetirməyi tövsiyə edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR