Gənclərin bioloji yaşı artır: Səbəb nədir?

Araşdırmalar göstərir ki, bəzi gənc nəsillər eyni yaşda əvvəlki nəsillərlə müqayisədə daha yüksək bioloji yaş göstəricilərinə malikdir. Mütəxəssislər bunu stress, yuxu pozğunluğu, hərəkətsizlik və qeyri-sağlam qidalanma kimi amillərlə əlaqələndirirlər.
Sfera.az xəbər verir ki, son illərdə 50 yaşdan aşağı şəxslərdə bəzi xərçəng növlərinin daha çox müşahidə olunması gənclərin bioloji yaşlanması məsələsini yenidən gündəmə gətirib.
Mütəxəssislərin fikrincə, insanın bioloji yaşı təqvim yaşından fərqli ola bilər. Piylənmə, hərəkətsizlik, yuxu pozğunluğu, xroniki stress, düzgün olmayan qidalanma və hava çirkliliyi bədəndə bioloji qocalmanı sürətləndirən amillər sırasında göstərilir.
Araşdırmalara görə, bəzi gənc nəsillər eyni yaşda əvvəlki nəsillərlə müqayisədə daha yüksək metabolik yük və iltihab göstəricilərinə sahibdir.
Tədqiqatçılar yüksək bioloji yaşın bəzi xərçəng növlərinin riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
Mütəxəssislər bununla yanaşı, bioloji yaşın yüksək olmasının insanın mütləq xərçəngə tutulacağı anlamına gəlmədiyini vurğulayırlar.
Onların sözlərinə görə, müntəzəm yuxu, fiziki aktivlik, balanslı qidalanma, siqaret və tütün məhsullarından uzaq durmaq sağlam qocalma baxımından mühüm əhəmiyyət daşıyır.
İradə Elsevər
Sfera.az






