Trampdan diqqətçəkən görüntülər

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı gözlərini yumduğu görüntülərə görə yenidən “yuxuladı” iddiaları ilə gündəmə gəlib. Ağ Ev isə bu iddiaları təkzib edərək prezidentin olduqca enerjili və gümrah olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Donald Tramp Oval Ofisdə uşaqlara tətbiq olunan peyvəndlərlə bağlı tövsiyələri dəyişdirən fərman imzalayıb. İmzalanma mərasimindən sonra ABŞ-ın səhiyyə naziri və Milli Sağlamlıq İnstitutlarının direktoru açıqlamalarını davam etdirərkən Trampın kameralar qarşısında gözlərini yumduğu görüntülər diqqətçəkib.

Trampın gözlərini yumduğu anların görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Onun tədbir zamanı mürgülədiyi iddiaları gündəmə gəlsə də Ağ Ev bu iddiaları rədd edib.
ABŞ prezidentinin kameralar qarşısında mürgülədiyi iddiaları daha əvvəl də gündəmə gəlib. 2025-ci ilin dekabrında Nazirlər Kabinetinin iclası zamanı gözlərini yumduğu görüntülənən Tramp haqqında Ağ Ev rəsmisi “yatmır” açıqlamasını verib.

İyul ayında isə Trampın senator Lindsi Qrehemin dəfn mərasimində yuxuya getdiyi iddia edilib, Ağ Ev bu xəbəri də təkzib edib.
Tramp uzun illər ərzində ABŞ-ın keçmiş prezidenti Co Baydeni ictimaiyyət qarşısında mürgülədiyi iddiasına görə tənqid edib və ona “Yuxucu Co” ləqəbini verib.
İndi isə eyni ifadə Trampın kameralar qarşısındakı görüntüləri ilə bağlı sosial şəbəkələrdə onun üçün istifadə edilməyə başlanıb.
Mənsumə






