Vanqadan 2026-cı il üçün qorxunc proqnozlar

Vanqadan 2026-cı il üçün qorxunc proqnozlar
Kateqoriya məlum deyil
T

1996-cı ildə vəfat edən Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən proqnozları yenidən gündəmə gəlib. Onun adına yayılan proqnozlar arasında təbii fəlakətlər, iqlim böhranı, süni intellektin inkişafı və qlobal münaqişələr yer alır.

Sfera.az xəbər verir ki, bəzi çevrələr bu il dünyanın müxtəlif bölgələrində baş verən zəlzələləri, rekord istiləri, meşə yanğınlarını və daşqınları Vanqanın təbii fəlakətlərlə bağlı olduğu deyilən proqnozları ilə əlaqələndirir.

Digər diqqətçəkən iddia isə süni intellektin əmək bazarına təsiri ilə bağlıdır. Şirkətlərin avtomatlaşdırmaya və süni intellektə daha çox üstünlük verməsi nəticəsində bəzi sahələrdə iş yerlərinin azalması bu proqnozun gerçəkləşdiyi kimi təqdim olunur.

İlin qalan hissəsi üçün qorxulu ssenarilər

Vanqanın 2026-cı ilin qalan hissəsi üçün olduğu iddia edilən proqnozları arasında daha ciddi ssenarilər də var. Bunlara Üçüncü Dünya müharibəsinin başlanması, Rusiyada hakimiyyət dəyişikliyi və yadplanetli həyatla ilk təmas daxildir.

İddialara görə, 2026-cı ilin noyabrında Yer atmosferindən keçəcək nəhəng bir obyekt dünya xaricindəki ağıllı həyat formaları ilə ilk təmasa səbəb ola bilər.

Qeyd edək ki, Vanqaya aid edilən bu proqnozların əksəriyyətinin etibarlı ilkin mənbələrlə təsdiqlənmədiyi bildirilir. Buna görə də sözügedən məlumatlara təsdiqlənmiş fakt kimi deyil, iddia və mistik inanclar kimi yanaşılır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR