Keçmişdən gələn xəbər hər şeyi dəyişəcək: Bu bürclərə diqqət

Avqustun ikinci yarısında bəzi bürclər keçmişlə bağlı gözlənilməz xəbər ala bilər. Uzun müddətdir əlaqə saxlamadıqları bir şəxsdən gələn mesaj və ya telefon zəngi onların planlarını dəyişə bilər.
Sfera.az keçmişdən gələcək xəbərlə həyatları dəyişəcək bürcləri təqdim edir.
Qoç – Keçmişdən qalan yarımçıq bir məsələ yenidən gündəmə gələ bilər. Alacaqları xəbər onları mühüm qərar verməyə vadar edə bilər.
Əkizlər – Uzun müddət xəbər almadıqları bir şəxsdən mesaj gələ bilər. Bu görüş və ya söhbət bəzi suallara cavab tapmalarına kömək edəcək.
Əqrəb – Keçmişdə verdikləri bir qərarın nəticəsi yenidən qarşılarına çıxa bilər. Tələsmədən düşünmək onlar üçün daha doğru seçim olacaq.
Balıqlar – Köhnə dostluq və ya münasibətlə bağlı xəbər ala bilərlər. Bu xəbər emosional olsa da gələcəklə bağlı yeni qərar vermələrinə səbəb ola bilər.
Mənsumə






