Möhsün Rzayi: "ABŞ üçün ciddi təhlükələr var"

Möhsün Rzayi: "ABŞ üçün ciddi təhlükələr var"
Kateqoriya məlum deyil
T

İran ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasının davam edəcəyi təqdirdə Amerika hərbi gəmiləri üçün ciddi təhlükələr yaradacağını açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə İran Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi SNN telekanalına müsahibəsində bildirib.

Rzayi qeyd edib ki, ABŞ dəniz blokadasını davam etdirərsə, İran buna qarşı tədbirlər görəcək və Amerika hərbi qüvvələri üçün təhlükəli vəziyyət yarada bilər.

Generalın sözlərinə görə, ABŞ ilə danışıqların başlanması üçün Vaşinqtonun davranışını dəyişməsi lazımdır. O bildirib ki, İranın irəli sürdüyü ilkin şərtlərin yerinə yetirilməsi ABŞ siyasətində dəyişiklik əlaməti kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla aparılan hazırkı danışıqları Tehranın Vaşinqtonla razılaşma əldə etməsi üçün "son imkan" adlandırmışdı. Tramp həmçinin İran ərazisinə planlaşdırılan, lakin sonradan ləğv edilən zərbənin İkinci Dünya müharibəsindən sonra ən böyük hücum ola biləcəyini bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR