Logo

Çin robotların inkişafı üçün Sİ-yə sərmayə yatırır

Çin robotların inkişafı üçün Sİ-yə sərmayə yatırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin şirkətləri insanabənzər robotların imkanlarını genişləndirmək məqsədilə süni intellekt texnologiyalarına milyardlarla dollar sərmayə yatırırlar.

Sfera.az Reuters agentliyinə istinadən xəbər verir ki, burada əsas məqsəd robotların yalnız qaçmaq, rəqs etmək və müxtəlif hərəkətlər yerinə yetirməsi deyil, həm də gündəlik həyatda və müxtəlif iş sahələrində insanlara kömək edə bilməsidir. Bu istiqamətdə robotların ətraf mühiti tanımasına, yeni tapşırıqları öyrənməsinə və dəyişən şəraitə uyğunlaşmasına imkan verən süni intellekt sistemlərinin hazırlanmasına xüsusi diqqət ayrılır.

ITjuzi araşdırma şirkətinin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında Çində bu sahəyə 322 investisiya sövdələşməsi çərçivəsində 93,5 milyard yuan (təxminən 13 milyard dollar) vəsait yatırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur.

Mütəxəssislərin fikrincə, robotların istehsal xərclərinin azalması fonunda əsas gəlir mənbəyi onların fiziki quruluşu deyil, süni intellekt sistemləri olacaq. Bu sahədəki inkişaf ABŞ və Çin arasında texnoloji rəqabəti də gücləndirir. Hazırda ABŞ bəzi qabaqcıl robot süni intellekt sistemlərində üstün mövqedə olsa da, Çin şirkətləri istehsal imkanlarından istifadə edərək rəqiblərinə çatmağa çalışırlar.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR