“iPhone 18” bu il təqdim ediləcək?

“iPhone 18” bu il təqdim ediləcək?
Kateqoriya məlum deyil
T

“Yeni iPhone” modellərinin ənənəvi olaraq sentyabr ayının ortalarında təqdim ediləcəyi gözlənilir.

Sfera.az bildirir ki, bununla belə, “Apple”-ın bu il standart “iPhone 18” modelini təqdim etməyəcəyi bildirilir.

“Apple” üzrə tanınmış insayder Mark Qurmanın məlumatına görə, sentyabr təqdimatında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlana bilən “iPhone” modeli nümayiş etdirilə bilər.

Standart “iPhone 18”-in isə 2027-ci ilin yazında, “iPhone 18e” və “Air 2”modelləri ilə birlikdə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, “Apple”-da rəhbərlik dəyişikliyi ilə bağlı xəbərlər də gündəmdədir. İddialara görə, Tim Kuk 15 ildən artıq müddətdən sonra sentyabrın 1-də şirkətin baş direktoru vəzifəsindən ayrılacaq. Onu bu vəzifədə əvvəllər aparat təminatının hazırlanmasına rəhbərlik edən Con Ternus əvəzləyəcək.

“Ternus” şirkətin gələcək məhsulları barədə danışarkən “Apple”-ın yenidən “dünyanı dəyişməyə” hazır olduğunu bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR