Logo

İdxal inflyasiyasının təsirləri güclənir: "Müəyyən tədbirlər görülə bilər"

İdxal inflyasiyasının təsirləri güclənir: "Müəyyən tədbirlər görülə bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2027-ci ildə qlobal iqtisadiyyatda müşahidə olunan gərginliklərin Azərbaycanda idxal olunan məhsulların qiymətinə təsirinin daha da artacağı gözlənilir. Xarici bazarlarda yaranan qiymət dəyişiklikləri, xüsusilə gündəlik tələbat mallarının daxili bazarda bahalaşması riskini artırır.

Bəs idxalla gələn yüksək bahalaşmanın təsirini azaltmaq üçün hökumət hansı addımları atmalıdır?

İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə idxal inflyasiyasının güclənməsi ehtimalı daha çox qlobal iqtisadiyyatda baş verən proseslərlə bağlıdır.

İdxal inflyasiyasının təsirləri güclənir: "Müəyyən tədbirlər görülə bilər"

“Azərbaycan daxili tələbatın ödənilməsi üçün bir sıra məhsulları xaricdən idxal edir. Xüsusilə buğda, kartof və ət məhsulları gündəlik tələbat malları olduğundan beynəlxalq bazarlardakı qiymət dəyişiklikləri ölkə daxilində də özünü göstərə bilər”, - deyən G.Hüseynovanın sözlərinə görə, hökumətin müəyyən qabaqlayıcı tədbirləri gördüyünü bildirdi:

“Əsasən çörək və un məmulatları kimi zəruri ərzaq məhsullarının qiymət artımının qarşısını almaq üçün müəyyən mexanizmlər tətbiq olunur. Digər idxal məhsulları üzrə isə vergi güzəştləri kimi dəstək mexanizmlərindən istifadə edilə bilər. Lakin konkret hansı məhsullara belə güzəştlərin tətbiq olunacağını indidən söyləmək mümkün deyil. Bunun üçün qiymət dəyişiklikləri ilə bağlı statistik göstəricilər əsas götürülməlidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR