Kin saxlayan və asan bağışlamayan BÜRCLƏR

Bəzi insanlar yaşadıqları hadisələri tez unudur, bəziləri isə incidikləri anları uzun müddət yadda saxlayırlar.
Astrologiyada bəzi bürclərin xüsusilə kinli və bağışlamaqda çətinlik çəkən xarakterə sahib olduğu düşünülür.
Sfera.az həmin bürcləri oxucuların diqqətinə çatdırır.
Əqrəb
Əqrəblər güvən məsələsinə çox ciddi yanaşırlar. Onlara qarşı edilən xəyanət və ya böyük bir yalan münasibətlərdə dərin iz buraxa bilər. Əqrəb bağışlasa belə yaşadığı hadisəni asanlıqla unutmur.
Buğa
Buğalar sakit və səbirli görünmələri ilə tanınırlar. Lakin onların səbrini tükəndirmək münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Bir dəfə güvənləri sarsıldıqda həmin insanla əvvəlki münasibəti bərpa etməkdə çətinlik çəkirlər.
Oğlaq
Oğlaqlar insanların davranışlarını uzun müddət analiz edə bilirlər. Onlara qarşı hörmətsizlik və verilən sözün tutulmaması ciddi məyusluq yarada bilər. Qarşı tərəfə ikinci şans versələr də əvvəlki güvəni bərpa etmək asan olmur.
Xərçəng
Xərçənglər emosional və həssas olduqları üçün yaşadıqları inciklikləri uzun müddət yadda saxlaya bilərlər. Xüsusilə sevdikləri insandan gördükləri davranış onları daha çox yaralaya bilər. Bağışlasalar belə həmin hadisənin yaratdığı hissləri unutmaqda çətinlik çəkirlər.
Mənsumə






