“Selena”nın ulduzundan səmimi etiraf

“Selena”nın ulduzundan səmimi etiraf
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur seriallarından olan “Selena”nın sevilən aktyorlarından Gizem Güven bir vaxtlar bacı-qardaşı canlandırdığı Cansu Demirci ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Sfera.az xəbər verir ki, baş rolunda Sinem Kobalın çəkildiyi “Selena” serialında rol alan Gizem Güven qonaq olduğu proqramda səmimi açıqlamaları ilə gündəmə gəlib.

İllər əvvəl aktyorluğu dayandıran və mediadan uzaq sakit həyat sürən Cansu Demirci haqqında danışan Güven onun uzun müddətdir ekranlardan və sosial mediadan uzaq qalmasının öz seçimi olduğunu bildirib.

“Selena” serialında Selin obrazını canlandıran Cansu Demirci Türkiyədən ayrıldıqdan sonra Almaniyada yaşamağa başlayıb. Təhsilini başa vurduqdan sonra Türkiyəyə qayıdan aktrisanın burada ailə qurduğu məlum olub.

Gizem Güven keçmiş həmkarı Cansu Demircinin uzun müddətdir ekranlardan uzaq qalması ilə bağlı maraqlı açıqlamalar verib.

Güven Cansu Demircinin mediadan və sosial şəbəkələrdən bilərəkdən uzaq durduğunu bildirib:

“‘Selena’da biz üç bacı idik və ən böyüyümüz Cansu idi. Cansu uzun illərdir bu sahədə yoxdur. Özü istəmədiyi üçün nə sosial mediadan istifadə edir, nə də göz önündə olmaq istəyir. Hətta ona deyirdik ki, ‘Cansu, bir hesab aç, insanlar sənin olduğunu bilsinlər, saxta hesablara inanmasınlar’. O isə ‘Yox, mən bunu belə istəmirəm’ deyirdi. Xaricdə idi, görüntülü danışmışdıq, çox yaxşı xatırlayıram”.

Cansu Demircinin toyuna dəvət edilmədiyi ilə bağlı daha əvvəl mediada yayılan xəbərlərə də münasibət bildirən Gizem Güven bu iddiaların həqiqəti əks etdirmədiyini söyləyib.

O, Cansu ilə münasibətlərinin pis olmadığını, sadəcə zaman keçdikcə əlaqələrinin kəsildiyini qeyd edib:

“Danışmırıq, amma bu, pis mənada deyil. Zaman keçdikcə əlaqəmiz kəsildi. Sonra Cansu İstanbulda evləndi.

Həmin vaxt mən də “TikTok”-da heç bir əlaqəsi olmayan bir video paylaşdım. Orada ‘yazmadı, yazmadı’ adlı səsdən istifadə etdim. Amma bunu kiməsə eyham vurmaq üçün etmədim. Maqazin səhifələri isə bunu götürüb ‘Gizem Cansunun toyuna dəvət edilmədiyi üçün ortalığı qarışdırdı’, ‘Gizem və Dilara çox üzülüb’ kimi yazdılar. Cansunun bunlardan heç xəbəri yoxdur. Görsə, ‘Bunun nə əlaqəsi var?’ deyər. Dostum məni çağırmasa belə, inciyib küsən biri deyiləm. Həm də Cansu məni niyə toyuna çağırmalı idi ki?”

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR