167 milyon dollarlıq lotereya qalibi üç ayda dördüncü dəfə həbs olundu

167 milyon dollarlıq lotereya qalibi üç ayda dördüncü dəfə həbs olundu
Kateqoriya məlum deyil
T

Lotoreyada cekpot qazandıqdan sonra lotereya qalibi dördüncü dəfə həbs olunub. Milyoner olmasına baxmayaraq, 51 yaşlı şəxs problemlərin içindən çıxa bilmir.

Sfera.az bildirir ki, 167,3 milyon dollarlıq cekpot qazanan kişi, qalib olduqdan bəri dördüncü dəfə həbs olunub. Ceyms Şannon Farsinq aprel ayında milyonçu olub və bu qələbə onun həyatını tamamilə dəyişdirib:

O, qalib gəldikdən bir neçə gün sonra çətin vəziyyətdə qalıb. 30 apreldə sevgilisi ilə birlikdə Florida ştatının Sent-Pit Biç şəhərində həbs ediliblər.

Kurortda yeni milyonçu başqa bir otel qonağının üzünə yumruq vurub. Dava zamanı şerif müavini mübahisəni dayandırmağa çalışıb. Lakin Ceyms zabitin də üzünə təpik vurub.

Görünür, 167,3 milyon dollar bu kişini çətinlikdən xilas edə bilməyib. Yeni ABŞ milyonçusunun son həbsi 26 iyulda baş verib.

Lotereya qalibi məişət zorakılığı, hücum və qadına yüngül bədən xəsarəti yetirmək də daxil olmaqla bir sıra maddələr üzrə ittiham olunur.

Qadın polisə bildirib ki, qayıq gəzintisindən sonra əri ilə mübahisə başlayıb. Daha sonra əri hər iki əli ilə onun boynundan tutub və nəfəs almasını çətinləşdirib. Bu hadisədən sonra kişi yenidən həbsxanadadır.

Polis qadının boynunun sol tərəfində nəzərəçarpacaq çapıqların olduğunu və həmçinin hadisənin yataq otağında quraşdırılmış Ring kamerası tərəfindən qeydə alındığını bildirib.

Lakin kişi iddialara görə, günahını boynuna almayıb. O, 15.000 dollar girov məbləği qarşılığında azad edilib.

Lotereya qalibinə həmçinin qadınlarla təmasdan çəkinmək və qayda pozmasının qarşısını almaq üçün elektron qolbaq taxmaq əmri verilib.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR