Tez-tez baş ağrısından əziyyət çəkirsiniz? Səbəbi bu ola bilər!

Tez-tez təkrarlanan baş ağrısı gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Baş ağrısının səbəbi hər zaman sadə yorğunluq olmur. Stress, yuxusuzluq, susuz qalmaq, uzun müddət ekran qarşısında olmaq, nizamsız qidalanma və bəzi sağlamlıq problemləri də baş ağrısına səbəb ola bilər.
Sfera.az xəbər verir ki, nevroloqların fikrincə, baş ağrısının nə zaman başladığı nə qədər davam etdiyi hansı nahiyədə hiss olunduğu və hansı əlamətlərlə müşayiət edildiyi səbəbi müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Xüsusilə ağrılar tez-tez təkrarlanırsa və əvvəlkindən fərqli xarakter daşıyırsa həkim müayinəsindən keçmək tövsiyə olunur.
Həkim-ekspertlər bildirirlər ki, gün ərzində kifayət qədər su qəbul etməmək və yuxu rejiminin pozulması da bəzi insanlarda baş ağrısını tətikləyə bilər. Buna görə yuxu rejiminə diqqət etmək, müntəzəm qidalanmaq, kifayət qədər maye qəbul etmək və uzun müddət fasiləsiz ekran qarşısında qalmamaq faydalı ola bilər.
Baş ağrısı qəfil və çox şiddətli başlayırsa huşda dəyişiklik, görmə və ya danışıq pozuntusu, zəiflik, yüksək hərarət və boyun sərtliyi kimi əlamətlərlə birlikdə müşahidə olunursa təcili tibbi yardım almaq vacibdir.
Həkim-ekapertlər qeyd edirlər ki, tez-tez təkrarlanan baş ağrısının dəqiq səbəbini yalnız həkim müayinəsi müəyyən edə bilər. Özbaşına ağrıkəsicilərdən uzun müddət istifadə etmək düzgün deyil.
Mənsumə






