Çinin ilk "mərkəz mühərrikli" elektrik idman avtomobili Britaniya bazarına çıxarılacaq

Çinin ilk "mərkəz mühərrikli" elektrik idman avtomobili Britaniya bazarına çıxarılacaq
Kateqoriya məlum deyil
T

Çinin ilk "mərkəz mühərrikli" (mid-engine) elektrik idman avtomobili SC-01 2027-ci ilin aprelində Böyük Britaniya bazarına çıxacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Autocar” nəşri məlumat yayıb. Bildirilir ki, istehsalçılar bu modeli "Lotus-un istehsal etməli olduğu avtomobil" kimi təqdim edirlər. SC-01 yüksək gücdən daha çox sürücülük zövqü, yüngül konstruksiya və dəqiq idarəetmə xüsusiyyətləri ilə seçilir. Avtomobil hazırda Çində Yichi 01 adı ilə JMEV seriyasında satışdadır. Hazırda Böyük Britaniya üçün sağ sükanlı versiyası hazırlanır. Modelin qiymətinin təxminən 50 min funt sterlinq olacağı gözlənilir.

SC-01 xüsusi hazırlanmış məkan çərçivəsi (space frame) platforması üzərində qurulub. 60 kVt/saat tutumlu batareya oturacaqların arxasında yerləşdirilib ki, bu da avtomobilə klassik mərkəz mühərrikli idman avtomobili hissi verir. Hər ox üzərində yerləşən iki elektrik mühərriki birlikdə 429 at gücü hasil edir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2,9 saniyəyə çatır. Bununla belə, layihənin rəhbəri və Small Sports Car Company şirkətinin təsisçisi Mark Kotton bildirib ki, əsas məqsəd rekord göstəricilər deyil.

Onun sözlərinə görə, SC-01 əfsanəvi "Lotus Elise" modeli kimi yüngüllük, dəqiq idarəetmə və "ruhu olan" sürüş hissi təqdim etməlidir. Təxminən 1 380 kiloqram çəkisi olan SC-01 müasir elektrik avtomobillərinin əksəriyyətindən xeyli yüngüldür. Avtomobil tam tənzimlənən asqı sistemi ilə təchiz edilib və sürücü ön, arxa və ya tam ötürücü rejimlərini seçə bilir. Salon isə maksimal dərəcədə sadə dizayna malikdir. Burada yalnız sürücünün qarşısında kiçik ekran, ötürücünü idarəetmə düymələri və ənənəvi mexaniki əl əyləci yerləşdirilib. Mərkəzi sensor ekran və bir çox elektron köməkçi sistemlərdən isə imtina olunub.

SC-01 çinli avtomobil həvəskarı Fen Syaotun tərəfindən hazırlanıb. Layihənin məqsədi yüksək qiymətli superkarlarla rəqabət aparmaq deyil, münasib qiymətə əsl sürücülük həzzi təqdim edən elektrik idman avtomobili yaratmaqdır. Böyük Britaniyada modelin satışını "Small Sports Car Company" həyata keçirəcək. Şirkət ilk il ərzində təxminən 160, üçüncü ildə isə 360 avtomobil satmağı planlaşdırır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR