İsrail F-35-i əvəz edəcək pilotsuz döyüş təyyarəsi hazırlayır

İsrail F-35-i əvəz edəcək pilotsuz döyüş təyyarəsi hazırlayır
Kateqoriya məlum deyil
T

İsrail ABŞ-nin verdiyi F-35 qırıcılarının imkanlarına yaxın xüsusiyyətlərə malik pilotsuz döyüş təyyarəsi hazırlamağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” yüksək vəzifəli israilli rəsmiyə istinadən məlumat yayıb. Məlumata görə, təşəbbüs İsrailin müdafiə sənayesində xarici asılılığı azaltmaq strategiyasının bir hissəsidir. Ölkə qarşıdakı on il ərzində ABŞ-dən aldığı hərbi yardımı mərhələli şəkildə azaltmağı, bunun əvəzində isə birgə hərbi texnologiyaların hazırlanması və istehsalına üstünlük verməyi nəzərdə tutur.

Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, yeni pilotsuz döyüş təyyarəsinin imkanları ABŞ istehsalı olan F-35 gizli (stealth) qırıcılarına yaxın olacaq. Layihənin həyata keçirilməsində digər ölkələrin də iştirak edə biləcəyi istisna edilmir. Hələlik layihənin texniki xüsusiyyətləri, maliyyə dəyəri və istehsal müddəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR