Tramp əvvəl Rusiyanın Ukraynanı məğlub edəcəyini düşünürmüş

Tramp əvvəl Rusiyanın Ukraynanı məğlub edəcəyini düşünürmüş
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp müharibənin əvvəlində Rusiyanın Ukraynaya qarşı üstünlük əldə edəcəyini düşünürmüş.

Sfera.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Məlumata görə, Tramp son dövrlərdə Rusiya Prezidenti Vladimir Putinə qarşı əvvəlki qədər müsbət münasibət bəsləmir. ABŞ liderinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətinin isə dəyişdiyi və son vaxtlar ona daha çox rəğbət göstərdiyi bildirilir.

Nəşrin məlumatına əsasən, Tramp Putinlə söhbətlərində müharibənin başa çatmasını istədiyini bildirib və bunu hər iki tərəfin böyük itkilər verməsi ilə əsaslandırıb.

WSJ həmçinin qeyd edir ki, ABŞ Prezidenti Zelenskiyə qarşı yenidən daha optimist mövqe nümayiş etdirir. Bildirilir ki, bu dəyişiklik qlobal sammitlər çərçivəsində keçirilən bir neçə görüşdən sonra baş verib. Həmin görüşlər zamanı Ukrayna liderinin Trampın dəstəyini qazanmağa çalışdığı vurğulanır.

Qeyd edək ki, Tramp daha əvvəl də Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatdırılması üçün danışıqların vacibliyini vurğulayıb və tərəflər arasında razılaşmanın əldə olunmasına çağırıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR