Kral III Çarlzdan Harriyə jest: Oğluna sarayı təklif etdi

Böyük Britaniya Kralı III Çarlz oğlu, şahzadə Harriyə ölkəyə növbəti səfəri zamanı Bukingem sarayında qalmağı təklif edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Harri iyul ayında Britaniyaya səfəri öncəsi atasının oxşar təklifindən əvvəl imtina edib. Daha sonra isə son anda bu təklifi qəbul etmək istəsə də, saray nümayəndələri vaxtın az olduğunu və iqamətgahın qonağın qəbulu üçün hazırlanmasına imkan olmadığını bildiriblər.
Bu dəfə isə şahzadə Harri təklifi əvvəlcədən qəbul edib. Kral ailəsi üzrə müşahidəçilər hesab edirlər ki, bu addım ata və oğul arasındakı münasibətlərdə yumşalmanın göstəricisi ola bilər. Onların fikrincə, Harri ona edilən təklifin böyük jest olduğunu anlayıb və buna uyğun davranmağa çalışır.
41 yaşlı şahzadənin yaxın həftələrdə Britaniyaya səfər edərək "WellChild Award"s mərasimində iştirak edəcəyi gözlənilir. Hələlik onun həyat yoldaşı Meqan Marklın və övladları Arçi ilə Lilbetin səfərdə onu müşayiət edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, Harri ABŞ-yə köçdükdən sonra Britaniya vergi ödəyicilərinin hesabına maliyyələşən polis mühafizəsi hüququnu itirib. Şahzadənin bu qərarın dəyişdirilməsi ilə bağlı etdiyi bir neçə müraciət isə hələlik nəticəsiz qalıb. Mövcud qaydalara əsasən, Harri Britaniyaya səfəri barədə 28 gün əvvəl polis və kral ailəsinin aidiyyəti qurumlarını məlumatlandırmalıdır.
Bundan əvvəl III Çarlz və həyat yoldaşı Kamilla dörd ildən sonra ilk dəfə şahzadə Harri, Meqan Markl və onların övladları ilə görüşmüşdülər. Harri ailəsi ilə birlikdə kralı onun Qlosterşir qraflığındakı iqamətgahında ziyarət etmişdi.
Kral ailəsi daxilində son illərdə yaşanan gərginliklər fonunda bu addım London mediasında barışıq istiqamətində ıjest kimi qiymətləndirilir.
İnci
Sfera.az






