Bengüdən estetik iddialarına sərt reaksiya

Bengüdən estetik iddialarına sərt reaksiya
Kateqoriya məlum deyil
T

Son vaxtlar görünüşündəki dəyişikliklə bağlı yayılan estetik iddiaları müğənni Bengünü özündən çıxarıb. Sənətçi haqqında səsləndirilən fikirlərə cavab verərək, son illərdə heç bir estetik prosedur etdirmədiyini bildirib.

Sfera.az xəbər verir ki, Türkiyənin tanınmış pop müğənnisi Bengü xarici görünüşü ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan estetik iddialarına münasibət bildirib.

Uzun illərdir musiqi fəaliyyəti ilə gündəmdə olan sənətçi üzündəki dəyişikliklə bağlı səsləndirilən fikirlərin onu narahat etdiyini deyib. Bengü estetik əməliyyat etdirdiyi barədə iddiaları təkzib edərək, son üç ildə heç bir kosmetik müdaxilə etdirmədiyini vurğulayıb.

“Allaha and olsun ki, heç nə etdirmirəm. Gəlin estetik mövzusundan danışmayaq, artıq çox əsəbiləşirəm. Vaxtilə dolğu etdirmişdim, amma son üç ildir heç nə etdirməmişəm”, - deyə müğənni bildirib.

Bengü daha sonra “İnstagram” hesabının hekayə bölməsində də məsələ ilə bağlı paylaşım edib. O, estetik mövzusunun davamlı gündəmə gətirilməsinə ironik münasibət göstərərək bunları yazıb:

“Artıq bu estetik söhbətindən bezmişəm. Yenə eyni söhbət başlayıb. Yetər artıq. Başqa mövzu yoxdurmu?”

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR