Üç bacı eyni kişi ilə evləndi: Gətirdikləri səbəb hər kəsi şoka saldı

Üç bacının eyni kişi ilə evlənməsi hər kəsi şoka salıb. 18 yaşlı Santoş, 19 yaşlı Savitri və 20 yaşlı Saroj eyni kişi ilə evlənmək qərarına gəliblər, lakin açıqlamaları daha çox mübahisələrə səbəb olub.
Sfera.az bildirir ki, Hindistanda Vikas adlı bir kişi ilə baş tutan toy mərasimi dərhal sosial şəbəkələrdə yayılıb.
Məlum olub ki, bacılar sosial media üçün məzmun yaratmaq üçün birlikdə çalışırlar və Vikas onların operatorudur. Üç bacının toyundan videolar ötən həftə internetdə yayılıb.
Videoda ənənəvi hind toy ritualı əks olunub.
Üç bacının eyni kişi ilə evlənməsinin səbəbi, birlikdə çox vaxt keçirməyə öyrəşmələridir.
"Uşaqlıqdan bəri birlikdə yaşayırdıq, ayrı yaşamağı təsəvvür edə bilmirdik. Evliliyin bizi ayıracağını anladıqda, hətta intihar etməyi də düşündük. Sonradan ölmək əvəzinə, birlikdə qalıb eyni kişi ilə evlənməyə qərar verdik. Hamımız yetkin insanlarıq və bu qərarı könüllü olaraq verdik"- deyə Saroj bildirib.
Vikas da öz növbəsində yaxınlıqlarına görə üçü ilə evlənməyə razı olduğunu etiraf edib.
"Bu üç bacının bir-birinə nə qədər bağlı olduğunu bilirdim. Onlar mənə dəfələrlə evləndikdən sonra ayrı yaşamaq istəmədiklərini dedilər. Mən onların hisslərinə hörmətlə yanaşdım və birlikdə qalmalarını istədiyim üçün onlarla evlənməyə razılaşdım. Biz bu qərarı qarşılıqlı razılıqla verdik və ümid edirik ki, insanlar seçimimizə hörmət edəcəklər"- deyə o bildirib.
Qərarlarını əsaslandırmaq üçün bacılar özlərini hindu kralı ilə müqayisə ediblər.
"Qədim dövrlərdə üç kraliçası olan Kral Daşarata yaşayırdı. Bu, təhqir deyildimi?" - deyə onlar sosial mediadakı paylaşımlarında yazıblar.
Öz növbəsində Allahabad Ali Məhkəməsinin vəkili Anurag Pandey mediaya bildirib ki, nikah Hindistan qanunlarına əsasən tanınmayacaq.
"Hindu qanunlarına görə, bir hindu eyni anda bir neçə qadınla qanuni olaraq evlənə bilməz. Belə bir nikah qanuna görə etibarsızdır və etibarlı nikah münasibəti yaratmır"- deyə o bildirib.
Aynil






