“Xiaomi” istifadəçilərinə pis xəbər

“Xiaomi” istifadəçilərinə pis xəbər
Kateqoriya məlum deyil
T

“Xiaomi” flaqman smartfonlar, populyar planşetlər və orta seqment modellər də daxil olmaqla 10 cihaz üçün proqram təminatı dəstəyini rəsmi şəkildə dayandırıb.

Sfera.az xəbər verir ki, şirkətin qərarına əsasən, siyahıda yer alan cihazlar artıq HyperOS əməliyyat sisteminin yeni versiyalarını və təhlükəsizlik yeniləmələrini almayacaq.

Proqram təminatı dəstəyi dayandırılan modellər arasında “Xiaomi 12”, “Xiaomi 12 Pro”, “Xiaomi 12S Ultra”, “POCO X5”, “POCO X5 Pro 5G”, “Redmi K60E”, “Redmi 10 5G”, “Xiaomi Pad 6”, “Xiaomi Pad 6 Pro” və “Xiaomi Pad 6 Max” yer alır.

Qeyd edək ki, bu cihazlar əvvəlki kimi işləməyə davam edəcək. Lakin təhlükəsizlik yeniləmələrinin dayandırılması xüsusilə bank tətbiqlərindən istifadə və şəxsi məlumatların qorunması baxımından risk yarada bilər.

Mütəxəssislər istifadəçilərə mümkün təhlükəsizlik boşluqlarından qorunmaq üçün uzunmüddətli proqram təminatı dəstəyi təqdim edən “Xiaomi 17” seriyası və ya “Xiaomi 15T Pro” kimi yeni modellərə keçməyi tövsiyə edirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR