Bir gecədə qazandığı məbləğlə gündəm oldu

Bir gecədə qazandığı məbləğlə gündəm oldu
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Gülben Ergenin “İnstagram”da istifadəyə verdiyi ödənişli abunə sistemi qısa müddətdə böyük maraqla qarşılanıb. Müğənninin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, sosial mediada kifayət qədər aktiv olan Gülben Ergen “İnstagram” hesabında ödənişli abunə funksiyasını istifadəyə verib. Bu qərar birmənalı qarşılanmasa da onun qısa müddətdə əldə etdiyi gəlir diqqətçəkib.

Mövzu ilə bağlı danışan Ergen bildirib ki, ödənişli abunə bölməsində izləyiciləri ilə daha səmimi ünsiyyət qurur:

“Abunə sistemində sadəcə özüm kimi oluram, səmimiyəm. Ev halımı, nə yediyimi, nə içdiyimi, haradan nə aldığımı izləyicilərim soruşanda bunu rahat şəkildə paylaşa bilirəm”, – deyə o qeyd edib.

Müğənni abunələrə xüsusi sual-cavab sessiyaları, canlı yayımlar və gündəlik həyatından özəl paylaşımlar təqdim edəcəyini açıqlayıb. O, aylıq abunə haqqını 79,99 TL (təxminən 2,87 manat) olaraq təyin edib.

Bikinili və xalatlı videolarla etdiyi elan böyük maraq doğurub. Gülben Ergen cəmi bir gecə ərzində 1 136 ödənişli abunəçi qazanaraq təxminən 100 min TL (təxminən 3 590 manat) gəlir əldə edib. Bu rəqəm qısa zamanda sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR