“iPhone 18”-in təqdimat tarixi dəyişdi

“iPhone 18”-in təqdimat tarixi dəyişdi
Kateqoriya məlum deyil
T

“Apple” məhsul çeşidinin genişlənməsi səbəbindən “iPhone”modellərinin təqdimat cədvəlində dəyişiklik edib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət standart “iPhone 18” modelinin təqdimatını 2027-ci ilin yaz aylarına təxirə salıb.

Məlumata görə, sentyabr ayında keçiriləcək ənənəvi təqdimat tədbirində bütün “iPhone” seriyası eyni vaxtda nümayiş olunmayacaq.

Bildirilir ki, “Apple” model sırasını daha səmərəli idarə etmək məqsədilə yeni təqdimat strategiyasına keçir.

Yeni plana əsasən, 2026-cı ilin payızında yalnız “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan dizaynı ilə diqqətçəkən “iPhone Ultra” təqdim ediləcək.

Standart “iPhone 18”, daha sərfəli qiymətə təklif olunacaq “iPhone 18e” və “iPhone Air 2” isə 2027-ci ilin yazında satışa çıxarılacaq.

Qeyd olunur ki, altı modeldən ibarət seriyada daha münasib qiymətli cihazların diqqətdən kənarda qalmaması üçün “Apple” bu addımı atıb. Şirkətin bununla yanaşı orta satış qiymətini artırmağı da hədəflədiyi bildirilir.

Mütəxəssislərin fikrincə, payız təqdimatında iştirak etmək istəyən alıcıların əsasən “Pro” modellərinə üstünlük verməsi gözlənilir.

Bundan başqa, “Apple”-ın standart “iPhone 18” və “iPhone 18e” modellərinin istehsal texnologiyalarını bir-birinə yaxınlaşdıracağı iddia edilir. Məlumata görə, bu iki model arasındakı əsas fərqlər əsasən ekran paneli və kamera avadanlığı ilə məhdudlaşacaq.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR