İran XİN: "ABŞ ilə danışıqlar bərpa olunmayıb"

İran Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların bərpa olunduğuna dair yayılan məlumatları təkzib edib.
Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqların yenidən başlamasını tələb etməyib və hazırda iki ölkə arasında birbaşa məsləhətləşmələr aparılmır.
“Vasitəçi ölkələr regionda baş verən hadisələrlə bağlı ABŞ tərəfindən bizə mesajlar çatdıra bilərlər. Lakin hazırda Amerika tərəfi ilə heç bir danışıqlar aparmırıq”, – deyə Bəqayi bildirib.
Nazirlik sözçüsü əlavə edib ki, son gərginlikdən sonra İran heç vaxt danışıqların bərpası təşəbbüsü ilə çıxış etməyib.
“İranın danışıqlar tələb etdiyi barədə yayılan xəbərlər müxalif dairələrin vaxtaşırı dövriyyəyə buraxdığı iddialardır”, - deyə o vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






