Elektron siqaret xəbərdarlığı: Diş itkisinə səbəb ola bilər

Kateqoriya məlum deyil
T
Mütəxəssislər bildirirlər ki, elektron siqaret düşünüldüyü kimi zərərsiz deyil.
Sfera.az bildirir ki, onun tərkibindəki nikotin və digər kimyəvi maddələr diş əti toxumalarına və ağız boşluğundakı bakteriya balansına mənfi təsir göstərərək periodontal xəstəliklərə, hətta diş itkisinə səbəb ola bilər.
Həkimlərin sözlərinə görə, elektron siqaret istifadəçilərində ağız quruluğu, diş əti qanaması, ağız qoxusu, dişlərin boşalması və çənə sümüyündə zəifləmə kimi problemlər yarana bilər. Mütəxəssislər ağız və diş sağlamlığını qorumaq üçün elektron siqaret və digər tütün məmulatlarından imtina etməyi, dişlərin mütəmadi təmizlənməsini və periodik stomatoloji müayinələrdən keçməyi tövsiyə edirlər.
Aynil






