Fransız həkimlər ayaq əməliyyatı əvəzinə məktəbli qızın ağıl dişlərini çıxartdı

10 iyulda bir məktəbli qız və anası Fransanın Sen-Martin-Bulon şəhərindəki özəl klinikalardan birinə müraciət ediblər. 17 yaşlı qızın ayaq biləyi əməliyyatı planlaşdırılıb. Lakin o, anesteziyadan oyananda şokda olub. Cərrah ayağını əməliyyat etmək əvəzinə, bütün ağıl dişlərini çıxarıb.
Sfera.az bildirir ki, xəstəxana hadisəni "tibbi səhlənkarlıq" adlandırıb və ailə məhkəməyə müraciət edib.
Ailə bir müddətdir ayaq biləyi əməliyyatı planlaşdırıb, çünki ağrı qızı hər gün narahat edirdi. Klinikaya getdikdə qısa bir gözləmədən sonra cərrah onu müayinə edib.
Lakin sonra başqa bir xəstə ilə ölümcül bir qarışıqlıq baş verib. Bir müddət sonra həkim ananın yanına qayıdaraq dəhşətli hadisəni etiraf edib.
"Bağışlayın, səhv etdik. Səmimi qəlbdən üzr istəyirik"- deyə həkim bildirib.
Əslində diş həkimi olan cərrah xəstənin dörd ağıl dişinin hamısını çıxarıb.
Qızı anesteziyadan oyandıqda ayağını tərpətməyə çalışıb və bunu çətinlik çəkmədən bacarıb. Lakin sonra ağzında pambıq topları hiss edib.
Hadisədən təxminən iki həftə keçməsinə baxmayaraq, ana hələ də qəzəblidir. Əməliyyatın nəticələri daha pis ola bilərdi, çünki anesteziya başqa bir qız üçün hazırlanmışdı.
"Bu, ciddi risklər daşıyır. Bu kimi səhvlərə yol verilməməlidir"- deyə qızın anası bildirib.
Qızının təkrar ayaq biləyi əməliyyatı nə vaxt olacağı bəlli deyil.
Ailə tibbi səhv iddiası ilə məhkəməyə müraciət edib.
Aynil
