Logo

"Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu

"Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də "Green Card" lotereyasının yenidən açılması ilə bağlı məhkəmə qərarı qüvvədə qalıb.

Sfera.az xəbər verir ki, "US Immigration", "Explained Daily" nəşrinin oktyabrın 22-də yaydığı məlumata görə, federal hakim oktyabrın 21-də ABŞ hökumətinin qərarın icrasını dayandırmaq tələbini rədd edib. Hökumət isə qərardan apellyasiya şikayəti verib.

Məhkəmənin yenilənmiş qərarına əsasən, ABŞ Dövlət Departamenti oktyabrın 29-dək DV-2027 lotereyasının qeydiyyat tarixlərini və iştirak şərtlərini açıqlamalıdır. Qeydiyyatın noyabrın 1-dək açılması və 30 gün davam etməsi tələb olunur.

Qərara əsasən, lotereyada seçilən şəxslər barədə məlumatın dekabrın 3-dək elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, DV-2027 lotereyasının qeydiyyatı əvvəlki gecikmələr səbəbindən hələ açılmayıb. Məhkəmənin qərarı qüvvədə olsa da, hökumətin apellyasiya prosesi davam edir. Buna görə müraciətçilər ABŞ Dövlət Departamentinin rəsmi elanlarını izləməlidirlər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR