Logo

Üç ölkə dünyanı nizama salacaq: Mühüm görüş nəyi dəyişəcək?

Üç ölkə dünyanı nizama salacaq: Mühüm görüş nəyi dəyişəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pekin ABŞ, Rusiya və Çin liderlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində mümkün görüşünə hazırlaşır. Hər üç tərəfin görüşə prinsipial etiraz etməməsi belə bir təmasın baş tutması ehtimalını gündəmdə saxlayır.

Bəs bu görüş hansı müsbət nəticələr verə bilər?

Mövzu ilə bağlı danışan politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, mümkün görüş formalaşmaqda olan yeni dünya nizamı baxımından mühüm əhəmiyyət daşıya bilər.

Onun sözlərinə görə, tərəflər arasında razılığın əldə olunması üçün hər bir dövlətin maraqları və imkanları əvvəlcədən ətraflı müzakirə edilməlidir:

“Bu görüşün gündəliyi yalnız Ukrayna müharibəsinin dayandırılması və digər münaqişə ocaqlarında gərginliyin azaldılması ilə məhdudlaşmaya bilər. Böyük dövlətlər öz təsir dairələrini, geosiyasi maraqlarını və gələcək dünya düzənindəki mövqelərini də müzakirə edə bilərlər”.

Üç ölkə dünyanı nizama salacaq: Mühüm görüş nəyi dəyişəcək?

H.Səhrablı vurğulayıb ki, görüşün qarşısındakı əsas maneələrdən biri Rusiya-Ukrayna müharibəsi ilə bağlı razılaşmanın əldə olunmamasıdır. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın danışıqlarda irəliləyişlə bağlı mesajlarına baxmayaraq, tərəflər arasında hərbi qarşıdurmanın davam etməsi yekun razılaşmanın hələ də mümkün olmadığını göstərir:

“Avropanın mümkün görüşdə təmsil olunmaması da ciddi suallar yaradır. Avropa dövlətləri öz maraqlarının nəzərə alınmadığı bir prosesə etiraz edə və Ukraynaya dəstəyi davam etdirməklə danışıqların gedişinə təsir göstərməyə çalışa bilərlər”.

Ekspert bu görüşdə Böyük Britaniyanın da təmsil olunacağını güman edir. Onun sözlərinə görə, Londonun təmsilçilyi Avropanın maraqlarının nəzərə alınması baxımından önəmlidir.

O, həmçinin Hindistan, Türkiyə, Braziliya və İran kimi dövlətlərin maraqlarının da nəzərə alınmasının vacibliyini bildirib. Səhrablıya görə, bu ölkələr öz taleləri ilə bağlı qərarların onların iştirakı olmadan qəbul edilməsinə müsbət yanaşmaya bilərlər.

“Böyük dövlətlərin ayrı-ayrı regionlarda təsir dairələrini müəyyənləşdirməsi həmin bölgələrdəki müstəqil dövlətlərin suveren maraqları ilə ziddiyyət təşkil edə bilər. Mümkün görüş nəticəsində münaqişələrin dinc yolla həlli istiqamətində razılaşmalar əldə oluna bilər. Bununla belə, belə razılaşmaların davamlılığı qərarların münaqişə tərəflərinin və digər maraqlı dövlətlərin mövqeləri nəzərə alınmaqla qəbul edilməsindən asılı olacaq”, - ekspert deyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR